Samuxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

post-img

“20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar Samux rayon ictimaiyyəti Samux Şəhidləri Kompleksini ziyarət edib. Anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli sakinlər iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin azadlığı və ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək Şəhidlər Kompleksinin önünə tər qərənfillər düzüblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq salnaməsi, milli iradə və qürur rəmzi kimi dəyərləndirib, şəhid ailələrinə hörmət və ehtiramını ifadə edib. O, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından danışıb.

Saat 12:00-da Samux rayonunda 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

































Qan yaddaşı