20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlikdən XQ-ə bildirilib ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
“20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirib. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq”,- deyə məlumatda qeyd olunub.

