“AZAL” öz vebsaytının və mobil tətbiqi üçün “UX/Uİ”-ın dizayn xidmətinin satın alınması məqsədilə açıq tender elan edir

post-img

“Azərbaycan Hava Yolları” QSC öz vebsaytının və mobil tətbiqi üçün “UX/Uİ”-ın dizayn xidmətinin satın alınması məqsədilə açıq tenderində iştirakçılar [email protected] elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun şərtlər toplusunu əldə edə bilərlər.

Təkliflərin təqdim olunması üçün son tarix 8 sentyabr 2025-ci il saat 15.00-dəkdir.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Prosedur üzrə əlaqələndirici şəxs – Veronika Oborskaya, innovativ və marketinq məhsullarının təchizatı şöbəsinin layihə rəhbəri, [email protected], iş – (+99412) 4972600 daxili 4258.

 

Reklam və elan