On doqquz aptekdə nöqsanlar aşkarlanıb

post-img

2025-ci ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilmişdir. Bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılmışdır.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşımışdır.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanmış, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.

Səhiyyə