TÜRKPA ilə AQEM arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

post-img

Oktyabrın 17-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katib səfir Ramil Həsən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi səfir Kayrat Sarıbay ilə görüşüb.

TÜRKPA-dan XQ-yə bildirilib ki, Kayrat Sarıbay Ramil Həsəni vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Görüşdə tərəflər iki qurum arasında uzun illər davam edən əməkdaşlığı qeyd edərək, əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Hər iki tərəf maraq doğuran sahələrdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə, regional dialoqun, sülhün və əməkdaşlığın təşviqinə yönəlmiş tərəfdaşlıq istiqamətində yeni yolların araşdırılmasına sadiqliyini ifadə ediblər.

Siyasət