Naxçıvan şəhərində Azərbaycan Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
Çıxış edənlər bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğulayıblar.
Həmçinin, İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli liderin böyük müdrikliklə işləyib hazırladığı və Prezident lham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğu bildirilib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransın məqsədi Ulu öndərin zəngin irsinin və həyat yolunun gənclər təşkilatları arasında təbliği, həmçinin gənclərin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarət olub.
XQ

