İqtisad Universitetində Azərbaycan dili kafedrası və Ümumi fənlərin tədrisi departamenti “Heydər Əliyevin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi” mövzusunda elmi seminar keçirib.
Seminarı giriş sözü ilə kafedranın müdiri, professor Tofiq Əbdülhəsənov açaraq qeyd edib ki, dünya siyasətində nadir şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə dərin bağlılıq göstərən böyük dövlət xadimi idi. Onun dil siyasəti milli kimliyin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra kafedranın dosentləri Çinarə Qəhrəmanova və Mətanət Əmrahova çıxış edərək vurğulayıblar ki, Ulu öndər dilimizi, klassik ədəbi irsimizi və milli mədəniyyətimizi xalqımızın mənəvi sərvəti kimi dəyərləndirib. Onun rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi önəm verilib.
Məclisdə Heydər Əliyev irsinin bu gün də dövlət siyasətində mühüm yer tutduğu, mədəniyyətə və gənc istedadlara göstərilən diqqətin bu strategiyanın davamı olduğu qeyd edilib.
XQ