Təbiətin bizə bəxş etdiyi möcüzələrdən biri olan tut yarpağı təkcə meyvəsi ilə deyil, yarpaqları ilə də şəfa mənbəyidir. Sağlamlığını təbii yollarla qorumaq istəyənlər bilməlidirlər ki, tut yarpağının da çoxlu faydaları var. Təbii üsullarla müalicə həkimlərinin fikrincə, bu yarpaqlardan istifadə möcüzəvi təsir göstərir.
Qan şəkərini normada saxlayır: Tut yarpaqları tərkibindəki xüsusi komponentlər sayəsində qan şəkərini balanslaşdırmağa kömək edir. Buna görə şəkər xəstələri tərəfindən xüsusilə seçilir. Mütəxəssislər yeməkdən əvvəl tut yarpağı çayının içilməsinin qan şəkərini nəzarətdə saxlaya biləcəyini deyirlər.
İmmuniteti gücləndirir: Antioksidantlarla zəngin olan tut yarpağı orqanizmi zərərli maddələrdən qoruyur. Mövsümi keçidlərdə tez-tez xəstələnənlərə, tut yarpağı çayı tövsiyə edilir.
Xolesterolu azaldır: Bəzi tədqiqatlar göstərir ki, tut yarpaqları pis xolesterolun azalmasına yardım edir. Daimi içildikdə ürək sağlamlığını qorumağa da köməyi dəyir.
Soyuqdəymə üçün mükəmməldir: Tut yarpağı çayı boğaz ağrısı və öskürək kimi soyuqdəymə əlamətlərinə qarşı da çox təsirlidir. İlıq içildikdə həm rahatlayır, həm də sağalma prosesini sürətləndirir.
Həzmi yaxşılaşdırır: Liflə zəngin olduğu üçün həzmi asanlaşdırır. Xüsusilə, qəbizlik problemi olanlar üçün təbii vasitə kimi tövsiyə edilir.
Z.HÜSEYNLİ
XQ