Goranboyda yeni zavod işə düşdü

post-img

Rayonun Qazanbulaq qəsəbəsində 200 nəfərə yaxın şəxsin işlə təmin olunduğu müasir astar və  üzlük  gips məmulatları zavodu  fəaliyyətə başlayıb.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Qazanbulaq qəsəbəsində yeni inşa edilən “Konstralab İndustries” QSC-nə məxsus astar və  üzlük  gips məmulatları zavodunun  fəaliyyəti ilə yerində tanış oldular. Zavodun istehsal gücü, yaranacaq yeni iş yerləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı, müzakirələr aparıldı, bu məqsədlə müvafiq  tövsiyələr verildi. 

Məlumat üçün bildiririk ki, 200 nəfərə yaxın şəxsin işlə təmin olunduğu zavodun inşası, ölkədə  sahibkarlığın inkişafına dövlət dəstəyi əsasında həyata keçirilib. Beləki, layihənin əsas maliyyə investoru İqtisadiyyat Nazirliyi  yanında Sahibkarlığın İnkişafı Fondudur və əlavə olaraq özəl investisiyanın cəlb olunması ilə zavodun inşasına, ümumilikdə 15 milyon manat vəsait xərclənib. Zavodun istehsal məhsulları,  daxili bazarla yanaşı, xarici bazarlara da  ixrac olunacaqdır.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri





















Sosial həyat