Dövlət Gömrük Komitəsində fəaliyyət göstərmiş 13-cü “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatların verilməsi mərasimi keçirilib.
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin gənc nəslin sağlam, bilikli, vətənpərvər ruhda yetişməsinə əlverişli zəmin yaratdığını, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində gənclərin hərtərəfli biliklərə malik ixtisaslı kadrlar kimi formalaşdığını, cəmiyyətin bütün sferalarında təmsil olunduqlarını diqqətə çatdırıb.
Tədbirdə ölkəmizdə həyata keçirilən könüllülük hərəkatından, gömrük sistemində könüllülük hərəkatının yaradılması, gənclərin potensialından səmərəli istifadə edilməsi məqsədilə görülən işlərdən bəhs edilib.
Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi gömrük sistemində də gənclərə, o cümlədən könüllülük hərəkatının üzvlərinə xüsusi diqqət göstərilir.
Sonda “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.