Goranboy rayonunun Qazanbulaq qəsəbəsində yeni inşa edilmiş gips əsaslı təmir-tikinti materialları və metal profillər zavoduna gedən avtomobil yolunda əsaslı təmir-bərpa işləri aparılır, yola asfalt örtük salınır. Zavodun ətrafında da abadlıq işləri görülür.
Rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev görülən işlərlə yerində tanış olmuş, işlərin keyfiyyətlə və lazımi qaydada həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini bildirmişdir.
Qeyd edək ki, Goranboyda bir sıra işlər daxili imkanlar hesabına görülür. Nəticədə yollar abadlaşır, park və xiyabanların sayı artır, sakinlərin fəallığı artır, iş adamlarının doğma rayona qayğısı geniş vüsət alır.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri