Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev iyunun 18-də Xızı rayonunda Xızı və Abşeron rayonlarının sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında müharibə veteranları da olub.
R.Mustafayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.