Bu günlər Ağstafa rayonunda arpa və taxıl biçini sürətlə davam etdirilir. Rayonda cari ildə 7929 hektar sahədə taxıl, o cümlədən 2740 hektar arpa və 5189 hektar isə buğda əkilmişdir. Zəmilərdə bol məhsul var. Bu, həmin sahədə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir. Digər tərəfdən taxıl biçini zamanı müvafiq qaydalara uyğun şəkildə zəruri hazırlıq işləri görülməsi bol məhsul əldə olunmasına imkan yaradır.
Sahələrə əlavə kombaynların cəlb olunması və digər tədbirlər nəticəsində qısa vaxt ərzində 7929 hektar taxıl sahəsinin 5880 hektarında biçin aparılıb. Hazırda digər sahələrdə də biçin işləri sürətlə davam etdirilir. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentnerə çatmışdır ki, bunu da qənaətbəxş hesab etmək olar.
Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov dügər müvafiq qurumların rəhbərləri ilə birlikdə taxıl sahələrində aparılan biçinin gedişi ilə tanış olub, problemləri ilə maraqlanıb, öz tövsiyələrini verib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri