Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir.
Sosial iş üzrə mütəxəssis, psixoloq – Saatlı UADM, Sabirabad UADM, Zərdab UADM
Baş mühasib – Şüvəlan UADM, Saatlı UADM, Qəbələ UADM
Sosial iş üzrə mütəxəssis vəzifəsi üçün sosial iş, psixoloq vəzifəsi üçün psixologiya, təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə ali təhsil tələb olunur.
· Baş mühasib vəzifəsi üçün müvafiq sahə üzrə ali təhsil, peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) tələb olunur.
· Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumat anketini (CV) 01 sentyabr 2025-ci il tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Müraciət edərkən “mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır. Şəxsi anket məlumatları (CV) Azərbaycan dilində tərtib edilməlidir.
Yalnız müvafiq tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.