Bu ilin yanvarında 6 planetin iştirakı ilə böyük parad, fevral ayında isə 7 planetin qoşulduğu nadir tam planet paradı müşahidə olunub. İlin sonuncu paradı isə bu gün səhər sübh tezdən baş tutmalıdır.
Qeyd edək ki, planetlərin Günəş sistemində eyni anda Günəşdən bir istiqamətdə sıra ilə düzülməsi zamanı meydana gələn astronomik hadisəyə planetlərin paradı deyilir. Planetlərin paradının 4 növü vardır: “Mini parad” Günəşə nəzərən eyni sektordakı 3 planetin bir sırada düzülməsinə deyilir. “Kiçik parad”da 4 planet, “Böyük parad” 5-6 planet, “Tam parad”da isə bütün planetlər eyni sıraya düzülür.
Qeyd edək ki, planetlərin paradı tamamilə vizual hadisədir və parad zamanı Yer səmasında onlar ardıcıl sıralasanlar da, kosmosda planetlərin konfiqurasiyası tamamilə fərqli olur.
Qabil YUSİFOĞLU
XQ