Epizootik vəziyyətlə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb

post-img

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Pazarcik, Haskovo, Veliko-Tarnovo, Dobriç, Kırcali vilayətlərində yüksək patogen quş qripi xəstəliyi, Avstriya Respublikasının ərazisində isə qeydə alınmış iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyi aradan qaldırılıb.

XQ xəbər verir ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

Sosial həyat