Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev sentyabrın 19-da Şirvan şəhərində Şirvan şəhərinin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
F.Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbulda vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Mustafa Kamal
XQ