2025-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeli qurumlara 8519 müraciət daxil olub

post-img

Cari ilin doqquz ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 8519 vətəndaş müraciəti daxil olub. 

Müraciətlərdən 1339-u məlumat, 7180-i isə icra  xarakterli olub. Bunlardan 6835-i müvafiq qaydada icra edilib, 1684 müraciət isə icradadır. 

Müraciətlər əsasən  elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat  dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri  tərəfindən 431 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Mustafa Kamal
XQ

Sosial həyat