Şəhidlər Vətənin Zəfər Rəmzidir

post-img

Vətən müharibəsi  ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Bu tarixi zəfərin qazanılmasında  minlərlə Vətən övladı öz canından keçdi. Beləcə Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar ürəklərdə yaşamaqla adları həmişə, hər yerdə böyük qürurla çəkilir.  Həmçinin xalq  tərəfindən öz şəhid övladlarının əziz xatirəsini yaşatmaq üçün  vaxtaşırı dəyərli işlər  görülür

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin dəstəyi ilə “Şəhidlər Vətənin Zəfər Rəmzidir” adlı layihənin 2025-ci ilin yekun hesabatı keçirildi. 

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, icra aparatı nümayəndələri, idarə rəhbərləri, mədəniyyət nümayəndələri, şəhid ailələri,  müharibə veteranları,  tələbələr iştirak edirdilər . 

Öncə tədbir iştirakçıları Masallının ən görkəmli yerində ucaldılmış  "Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksi"ndə  oldular .

Çıxışçılar-  Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Muzeyinin direktoru Əntiqə Tağıyeva və Kollecinin direktoru Rövşən Qurbanov  bildiriblər ki, müqəddəs bir amal naminə – Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin adları tarixə, xatirələri qəlbimizə əbədi  yazılıb. 

Zəfər şəhidlərinin  ailə üzvləri öz növbəsində  dövlətimizin, eləcə  xalqımızın göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını  ifadə edərək vurğuladılar ki, bu gün buraya  övladlarımızın müqəddəs xatirəsinə  görə toplaşmışıq . Biz qürurluyuq, övladlarımız Vətən uğrunda can verdilər, şəhidlik zirvəsinə ucaldılar. Bir valideyn olaraq həm kədər, həm də iftixar  hissi keçiririk.  Biz inanırıq ki, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq,  Vətənimiz  isə şəhid  ruhu ilə daim güclü qalacaq.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü











Sosial həyat