Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Rzayeva Səbinə Mansur qızının Özbəkistandan idxal etdiyi “İmronxon Umarxon Biznes” şirkətinin istehsalı olan 1008 kq qurudulmuş yemiş və “İspanza Oq Kishmish Uzumlari” şirkətinin istehsalı olan 288 kq halva məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
XQ xəbər verir ki, məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.




