“Sahib” şadlıq evində nöqsanlar aşkarlanıb

post-img

Neftçala şəhəri, Xol Qarabucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Sakit Həmid oğluna məxsus “Sahib” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə XQ-yə AQTA-dan məlumat verilib.

Bildirilib ki, şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblər pozulub.

Nöqsanlarla əlaqədar şadlıq evinin qida blokunda işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub, sahibi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.









Sosial həyat