Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Elm və Təhsil Nazirliyindən XQ-yə verilən məlumata görə,19 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.
Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 9 iyun saat 18:00-da yekunlaşacaq.
Bildirilib ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.
N.Adilqızı
XQ

