Masallıda antisanitar şəraitdə fəaliyyət göstərən təndirxana aşkarlanıb

post-img

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Masallı rayonunun Mahmudavar kəndində yerləşən təndirxanada yoxlama keçirilib.

XQ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər tələblərin pozulduğu aşkarlanıb.

Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Sosial həyat