Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq konfransda onlayn rejimdə çıxış edib

post-img

2026-ci il 27-28 aprel tarixində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Müəllif*Süni intellekt=Əqli Mülkiyyət” mövzusunda “Автор/Author - 2026” VI beynəlxalq elmi-praktiki konfransı keçirilib.

XQ xəbər verir ki, tədbirin açılışında UNESCO kafedrasının direktoru professor Mixail Fedotov, Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətinin rəhbəri Yuriy Zubov, Avrasiya Patent Təşkilatının prezidenti Qriqoriy İvliyev və digərləri çıxış ediblər.

Tədbirə onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov “İnnovativ potensial: Əqli mülkiyyət+süni intellekt” mövzusunda geniş məruzə ilə çıxış edib.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlanıb. Məruzənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mixail Fedotov maraqlı məruzəyə görə K.İmanova təşəkkürünü bildirib və məruzənin “Əqli Mülkiyyət üzrə Əsərlər” jurnalında dərc edilməsinə razılıq verməsini xahiş edib.”

Sosial həyat