Azərbaycan – Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 850 yük maşını gözləyir.
XQ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Mazımqara” gömrük postunda 27, “Samur” gömrük postunda 70 və “Xanoba” gömrük postunda 1 yük, Astara gömrük postunda 74 yük avtomobili gözləyir.
"Biləsuvar" gömrük postunda isə gözləyən yük avtomobili yoxdur.

