Beynəlxalq Türk Dünyası Turizm Konqresi keçirilib

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının dosenti Arzu Hüseyn Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Doğu Akdeniz Universitetində keçirilən 7-ci Beynəlxalq Türk Dünyası Turizm Konqresində  iştirak edib. 

Tədbirin açılış mərasimində Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar, baş nazir müavini Fikri Ataoğlu,Unversitetin rektoru Prof. Dr. Hasan Kılıç, Ankara Hacı Bayram Veli Üniversitesinin professoru Muharrem Tuna, Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı,o cümlədən onlarla elm adamı olub. 

Beynəlxalq tədbirdə ATMU-nun dosenti A.Hüseynin “Yaşlı əhalinin artım dinamikasının daxili turizm məhsullarının və destinasiyalarının inkişafına təsiri: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat- çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Konqresdə dünyanın 12 ölkəsindən 335 alim qatılıb.

Z.HÜSEYNOVA
XQ



Təhsil