“Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetləri Sammiti” İtaliyanın Milan şəhərində öz işinə başlayıb.
XQ xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova sammit çərçivəsində təşkil olunan “Məzunların məşğulluğuna yeni baxış” adlı panel sessiyada çıxış edib.
Çıxış zamanı sözügedən istiqamətlər üzrə icra olunan pilot layihələr, universitetlərin SABAH qruplarında sahibkarlıq modulunun tədrisi, həmçinin Yüksək Texnologiyalar Parkında yaradılması planlaşdırılan texnoloji transfer mərkəzləri və innovasiya ekosistemi üzrə nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib.
Sessiyada həmçinin ali təhsildə məşğulluq anlayışının strateji yanaşmalar əsasında formalaşdırılması, tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması və işəgötürənlərlə əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Qeyd edək ki, panel sessiyada Macarıstanın Obuda Universiteti rektoru Levente Kovaç və İtaliyanın Bokkoni Universiteti dekanı Karlo Salvato da iştirak ediblər.

