Maldiv hakimiyyəti Hindistanı qoşunlarını martın 15-dək geri çəkməyə çağırıb.
Gazeta.ru xəbər verir ki, bu barədə India TV məlumat yayıb.
“Maldiv media orqanlarının məlumatına görə, rəsmilər Hindistan qoşunlarının ölkədə mövcudluğunu müzakirə edib və Nyu Dehlidən qoşunlarını martın 15-dək geri çəkməsini istəyiblər”, – jurnalistlər bildirib.
Qeyd olunur ki, bu məsələ Hindistan Ali Komissiyasının Maldiv adalarındakı nümayəndələrinin Xarici İşlər Nazirliyində Male şəhərində keçirilən görüşündə qaldırılıb.
XQ