Regionumuzda sabitliyi pozmaq əvəzinə sülhə kömək edin.
Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva X sosial şəbəkəsində “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı gözdən salmaq üçün genişmiqyaslı hücumu” məqaləsinə münasibət bildirərkən qeyd edib.
“Siz Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olduğunu bilmirmiş kimi davranmağa davam edirsiniz. Uzun müddətdən sonra ilk dəfədir ki, regionda ədalətli və davamlı sülh mümkündür. Dünyanın yalan hekayələrə deyil, həqiqətə ehtiyacı var”, - səfir yazır.