Böhran olarsa, heç kim Ermənistana kömək etməyəcək

post-img

Problem ondadır ki, avropalı tərəfdaşlar öz hərəkətləri ilə Ermənistanda yeni böhran zamanı kiminsə köməyə gələ biləcəyi illüziyası yaradırlar, amma təəssüf ki, reallıqda arxalanacaq heç kim yoxdur. 

Bu fikirləri rusiyalı politoloq Andrey Nikulin mətbuata müsahibəsində deyib. 

“Avropa hansısa şəkildə kömək edə bilər. Bu, bəyannamə və silah formasında ola bilər. Amma biz hər an tədarüklərin kəsilə biləcəyini görürük”, - deyə politoloq bildirib.

Rizvan FIKRƏTOĞLU
XQ

Dünya