ABŞ-la nüvə danışıqlarının növbəti raundunun təxirə salınmasına baxmayaraq, Tehran ədalətli və balanslı razılığa gəlməkdə həmişəkindən daha qətiyyətlidir. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı sosial şəbəkədə məlumat verib.
Məlumatı “Anadolu” verib.
Nazir danışıqların maddi-texniki və texniki səbəblərə görə təxirə salınması ilə izah edib: “Amerikalı və omanlı tərəfdaşlarımızla birlikdə danışıqların dördüncü raundunu təxirə salmaq qərarına gəldik”.
Araqçının sözlərinə görə, İranın mövqeyi dəyişməz olaraq qalır.
“Biz diplomatik həll üçün səylərimizi davam etdiririk. Üstəlik, ədalətli və balanslaşdırılmış razılaşma əldə etmək əzmimiz daha da güclənib”, - idarə rəisi bildirib.
P.ƏMİRCANOV
XQ