ABŞ və Almaniya müdafiə nazirləri Pentaqonda görüşüblər. Görüş ABŞ Prezidenti Donald Trampın NATO üzvlərinin Ukraynaya göndərmək üçün milyardlarla dollar dəyərində Amerika silahı alacağını bəyan etməsindən sonra baş tutub. Məlumatı “Euronews” verib.
KİV-in məlumatına görə, onlar Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə ediblər.
Pentaqondakı görüşdən əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius qeyd edib ki, “Almaniya və ABŞ arasında nəinki iki ölkəmizi gücləndirən, həm də bütün Transatlantik alyansa fayda verən uzunmüddətli, dərin və etibarlı tərəfdaşlıq mövcuddur”.
“Dəyişən təhlükəsizlik mənzərəsinə cavab olaraq, Almaniya və avropalı müttəfiqlərimiz Avropanın NATO-ya töhfəsini gücləndirmək üçün mühüm addımlar atdılar. Biz müdafiəyə sərmayəmizi əhəmiyyətli dərəcədə artırmağı və 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatmasını öhdəmizə götürmüşük”, - Pistorius bildirib.
ABŞ-ın müdafiə naziri Pit Heqset isə bildirib: “NATO daxilində Almaniyanın liderliyi ilə inanılmaz irəliləyiş olduğunu” deyib və “möhkəm müzakirələrə” ümid etdiyini bildirib.
P.ƏMİRCANOV
XQ