Bu il 77-cisi keçiriləcək “Emmi” televiziya mükafatına namizədlərin adları açıqlanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ən çox nominasiyada namizəd olan “Apple TV+”da nümayiş etdirilən “Severans” serialıdır. O, 27 nominasiya alıb. Onun ardından 24 nominasiya ilə HBO yayım şirkətinin “Pinqvin” serialı gəlir. “Studiya” və “Ağ lotus” serialları hər biri 23 nominasiya ilə sonrakı yerləri tutur.
Namizədlərin tam siyahısı “Qaçış nöqtəsi”nin ulduzu Brenda Sonq və “Biz kölgədə nə edirik” serialının aktyoru Harvi Gilyen tərəfindən elan olunub.
“Emmi” mükafatına namizəd olan ən yaxşı dram, komediya filmlərinin, habelə aktyor və aktrisaların adları da açıqlanıb.
Mükafatlandırma mərasimi sentyabrın 14-də keçiriləcək.