Macarıstan Aİ liderlərinin Ukrayna ilə bağlı birgə bəyanatına qoşulmayıb

post-img

Aİ ölkələrinin liderləri ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə səylərini alqışladığı və Ukraynaya dəstəyini davam etdirməyə hazır olduqlarını bildirən birgə bəyanat imzalayıblar. Sənədə Macarıstan istisna olmaqla, Aİ-nin 26 ölkəsi qoşulub.

"Macarıstan bu bəyanata qoşulmadı", - Avropa Şurasının saytındakı nəşrdə deyilir.

Bəyanatda deyilir ki, Ukraynada münaqişənin həlli məsələləri onun iştirakı olmadan həll edilə bilməz və Moskva ilə Kiyev arasında danışıqlar yalnız atəşkəs əldə edildikdən və ya hərbi əməliyyatların azaldılmasından sonra baş tuta bilər. Aİ ölkələrinin liderləri, həmçinin bəyan ediblər ki, ABŞ və digər tərəfdaşlarla birlikdə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəklər.

S.ELAY

XQ

 

Dünya