XQ xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdəki məlumatında qeyd olunub.
Bildirilir ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Məsləhətləşmələr üçün geri çağırılmışdı.
Diplomat hazırda Tbilisidəki işinə qayıdıb: "Almaniyanın Tbilisidəki səfiri Berlində məsləhətləşmələrdən sonra bu gün Gürcüstana qayıdıb. O, bizim tam dəstəyimizlə işini fəal şəkildə davam etdirəcək", - məlumatda yazılıb.
Xatırladaq ki, P.Fişer oktyabrın 19-da məsləhətləşmələr üçün geri çağırılmışdı.
N.Adilqızı
XQ

