Türkiyənin Malatya vilayətinin Battalgazi rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
XQ xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar saat 17:52:51-də (TSİ) baş verib.
Zəlzələnin ocağı 38.23694 N enlik, 38.49278 E uzunluq koordinatlarında, 8,94 kilometr dərinlikdə yerləşib.

