Sidneydə terrorçunu Əhməd əl-Əhməd zərərsizləşdirib

post-img

Sidneyin məşhur Bondi çimərliyində Hanuka bayramı şənlikləri zamanı baş verən atışma nəticəsində ən azı 12 nəfər həlak olub. Məlumatı “Euronews” verib. 

Hadisə Bondi çimərliyində yəhudilərin Hanuka bayramı zamanı baş verib. Yeni Cənubi Uels polisi bu barədə məlumat verərək atəş açan iki şübhəlinin zərərsizləşdirildiyini bildirib. Polisin açıqlamasında deyilir: "On iki nəfərin, o cümlədən atıcılardan biri olduğu güman edilən bir kişinin öldüyü təsdiqlənib. İkinci şübhəlinin vəziyyəti ağırdır”.

Bundan əlavə, daha 11 nəfərin yaralandığı bildirilir ki, onlardan ikisi polis əməkdaşıdır.

Yerli vaxtla təxminən saat 19:30-da Cənubi Uels Polisi X səhifəsində insanları ehtiyatlı olmağa, sığınmağa və Bondi çimərliyindən uzaq durmağa çağıran bir xəbərdarlıq yerləşdirdi.

Sosial mediada yayılan videolarda çoxsaylı silah səsləri və polis sirenlərinin səsləndiyi görünür. Şahidlər təxminən 50 atəş səsi eşitdiklərini deyirlər.

Videolardan birində artıq günün qəhrəmanı adlandırılan yoldan keçən bir şəxsin hücum edənlərdən birini tərksilah etdiyi görünür. Terrorçudan silahı alan kişinin yerli mağaza sahibi Əhməd əl-Əhməd olduğu məlum olub. Onun 43 yaşı var.

Çimərlikdə təxminən 2000 insanın qatıldığı Hanuka tədbiri keçirilirmiş. İsrail prezidenti İsaak Hersoq qətliamı pisləyib, yaralananların sağalması üçün dua etdiklərini bildirib. 

P.ƏMİRCANOV
XQ

Dünya