ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner ilə Ukrayna nümayəndə heyəti arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ planı ətrafında danışıqların ilk günü “əhəmiyyətli irəliləyişlə” başa çatıb. Bu barədə Uitkoff bildirib.
Məlumatı “İnterfaks.ru” verib.
Uitkoffun bəyanatında deyilir: “Nümayəndələr sülh planı, iqtisadi proqramlar və digər məsələlərlə bağlı dərin müzakirələr apardılar. Əhəmiyyətli irəliləyiş əldə edildi”.
Qeyd olunur ki, görüş beş saat davam edib və müzakirələr bazar ertəsi günü də davam etdiriləcək.
Uitkoff və Kuşner bazar günü Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün Berlinə gəliblər.
P.ƏMİRCANOV
XQ

