Fidan: Suriyada əhəmiyyətli irəliləyiş əldə olunub

post-img

Suriyada Suriya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror təşkilatı ölkənin dövlət qurumlarına inteqrasiya ilə bağlı Suriya hökuməti ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etmək istəmir. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında bildirib.

Məlumatı “Anadolu” verib. 

Nazir əlavə edib ki, SDQ bəzi hərəkətlərini İsraillə əlaqələndirir. O, bunu təşkilatın Dəməşqlə davam edən danışıqlarında ciddi maneə adlandırıb.

Suriya xarici işlər naziri ilə danışıqların nəticələrini şərh edən Fidan, tərəflərin geniş müzakirə apardığını və əsas mövzuların ikitərəfli münasibətlər, regional təhlükəsizlik və Suriyanın sabitliyinə təhdidlər olduğunu söyləyib. Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb ki, “Suriyanın sabitliyi Türkiyənin sabitliyinə bərabərdir”. O qeyd edib ki, “bu, Ankara üçün son dərəcə vacib məsələdir”.

Eyni zamanda, nazir qeyd edib ki, son bir ildə Suriyada sabitlik və təhlükəsizliyin təmin edilməsində “əhəmiyyətli irəliləyiş” əldə edilib. O, bu prosesə töhfə verən bütün tərəflərə minnətdarlığını bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya