“Ukraynadakı münaqişənin həllinə indi daha yaxınıq”

post-img

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker hesab edir ki, Ukraynadakı münaqişənin həlli imkanları indiyədək olduğundan daha çoxdur. 

Məlumatı TASS verib. 

Uitaker Kaliforniyada Ronald Reyqan Prezident Fondunun tədbirində çıxış edərkən deyib: “Bu münaqişə bitməlidir. Biz əvvəlkindən daha yaxınıq”.

“Amerika futbolunda qırmızı zonadakı sonuncu yard ən çətindir. Düşünürəm ki, eyni fikir burada da keçərlidir. Sonuncu yard çətin olacaq, amma məndə bu barədə yaxşı fikir var”, - deyə ABŞ rəsmisi qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya