ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff cümə axşamı Ukrayna böhranının həllinin son mərhələyə qədəm qoyduğunu bildirib. Məlumatı “interfaks.ru” verib.
“Artıq prosesin sonundayıq. Və mən həqiqətən nikbinəm”, - deyə o, Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, “çoxlu uğur qazanılıb”.
Lakin Uitkoff bir məsələnin hələ də həll olunmadığını və tərəflər istəsə, həll edilə biləcəyini aydınlaşdırıb. Xüsusi nümayəndə bu məsələnin nə olduğunu dəqiqləşdirməyib.
O, həmçinin cümə axşamı Moskvaya gedəcəyini, Rusiyaya səfərindən sonra Ukrayna üzrə işçi qrupunun görüşlərinin keçiriləcəyi BƏƏ-yə səfər edəcəyini təsdiqləyib.
P.ƏMİRCANOV
XQ

