AK rəhbəri Qrenlandiya üçün investisiya planını açıqladı

post-img

Avropa Komissiyası (AK) yaxın vaxtlarda Qrenlandiya üçün "əhəmiyyətli investisiya paketi" təqdim edəcək. Bu barədə jurnalistlərə AK rəhbəri Ursula Fon der Lyayen məlumat verib. Onun sözlərinə görə, investisiyalar Avropa İttifaqının (Aİ) Qrenlandiya ilə münasibətlərini gücləndirməyə kömək edəcək.

"Biz regiondakı tərəfdaşlarımızla - Böyük Britaniya, Kanada, Norveç, İslandiya və digərləri ilə təhlükəsizlik və müdafiə sahəsində əlaqələrimizi möhkəmləndirməliyik. Qrenlandiya üçün bu, artıq real geosiyasi zərurətə çevrilib",- xanım Fon der Lyayen bildirib. O, mətbuat konfransındakı çıxışının görüntülərini "

Europe%20stood%20firm%20and%20united%20in%20full%20solidarity%20with%20Greenland%20&%20the%20Kingdom%20of%20Denmark.

Work%20on%20Arctic%20security%20continues.%20

We'll%20step%20up%20investments%20in%20Greenland%20and%20Arctic-ready%20equipment.

And%20deepen%20security%20cooperation%20with%20partners%20in%20the%20region↓%20

—%20Ursula%20von%20der%20Leyen%20(@vonderleyen)%20January%2022,%202026%20">X" sosial şəbəkəsində paylaşıb.

Ursula Fon der Lyayen qeyd edib ki, Aİ Qrenlandiya məsələsində, o cümlədən ABŞ ilə əməkdaşlığı gücləndirmək niyyətindədir. O, həmçinin birliyin Arktika üçün avadanlıqların, xüsusən də Avropa istehsalı olan buzqıran gəminin alınmasına vəsait ayıracağını bəyan edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək planlarını dəfələrlə bəyan edib. O, adanın mülkiyyəti məsələsində Danimarkanı dəstəkləyən Avropa ölkələrinə qarşı fevralın 1-dən etibarən 10 faizlik gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib. Avropa ölkələri isə ABŞ-a qarşı "ticarət bazukası"nın (sərt əks-tədbirlər) tətbiqinə çağırıblar. Yanvarın 22-də Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə danışıqlarda Qrenlandiya ilə bağlı müəyyən bir plan barədə razılığa gəlib, lakin bu planın detalları ictimaiyyətə açıqlanmayıb. Axios-un məlumatına görə, əldə olunmuş razılaşma ABŞ-a adada hərbi mövcudluğunu gücləndirməyə və NATO-nun ehtiyac duyduğu təqdirdə müdafiə zonaları yaratmağa imkan verəcək.

S.ELAY

XQ

Dünya