MI6-da Britaniya kəşfiyyatının sabiq rəhbəri və agentliyə 2025-ci ilin sentyabr ayına qədər rəhbərlik etmiş Riçard Mur bildirib ki, Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenskinin Davosdakı sərt çıxışından dərs çıxarmalıdırlar. O, Ukrayna prezidentinin çıxışını güclü adlandırıb: "Güclü bir çıxış. Avropalılar olaraq Volodimir Zelenskinin bizə verdiyi açıq və narahat mesajlara qulaq asmağımız vacibdir".
Ukrayna KİV yazır ki, iqtisadi forumdakı çıxışında Vladimir Zelenski Avropanı Kremlə qarşı mübarizəni gecikdirdiyinə görə tənqid edib. Prezident lideri, həmçinin bir daha Avropada vahid silahlı qüvvələrin yaradılmasının vacibliyini vurğulayıb. Bundan əlavə, Ukrayna prezidenti Qrenlandiya böhranı zamanı Avropanın hərəkətlərini tənqid edib: "Əgər Qrenlandiyaya 30 və ya 40 əsgər göndərsəniz, bunun mənası nədir? Bu, hansı mesajı verir?".
Çıxışının sonunda o, Avropanın güclənməli olduğunu və Ukraynanın sülhü təmin etməyə və dağıntıların qarşısını almağa kömək etməyə hazır olduğunu bildirib.
S.ELAY
XQ

