Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas NATO-dan ayrı bir Avropa ordusunun yaradılmasının “son dərəcə təhlükəli” olacağı barədə xəbərdarlıq edərək, bunun böhran vəziyyətlərində komandanlıq zəncirinin pozulmasına səbəb olacağını iddia edib.
Məlumatı “Euronews” verib.
Norveçdə keçirilən təhlükəsizlik konfransında çıxış edən Kallas bildirib ki, istənilən hərbi böhranda əsas prioritet aydın komandanlıq strukturunun qorunması olmalıdır.
“Əgər siz artıq NATO-nun bir hissəsisinizsə, artıq mövcud olduğunuz ordudan başqa ayrı bir ordu yarada bilməzsiniz. Çünki böhran vəziyyətində ən vacib şey komandanlıq zənciridir: kim kimə əmr verir? Əgər Avropa ordusu və NATO ordusu varsa, top sadəcə taburetlərin arasına düşür və bu, çox, çox təhlükəlidir. Buna görə də deyirəm ki, biz NATO-nun bir hissəsi olan Avropa müdafiəsini gücləndirməliyik. Bu, həqiqətən də NATO-nu tamamlayır. Gəlin NATO-nu pəncərədən atmayaq”, - deyə o yekunlaşdırıb.
P.ƏMİRCANOV
XQ

