Yaponiya Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiçi yenidən baş nazir seçilib. Bu barədə NHK telekanalı 18 fevral tarixində məlumat yayıb.
Məlumata görə, Takaiçi Nümayəndələr Palatasında 237 səs toplayıb. Şura üzvləri palatasında isə o, birinci turda səs çoxluğundan bir səs az toplayaraq ikinci turun keçirilməsini zəruri edib və müxalifət liderinin 46 səsinə qarşı 125 səs toplayıb.
Bəyanatda qeyd olunur: “Senatın ikinci turu 13 ildən sonra ilk dəfə keçirildi. Liberal Demokrat Partiyası və Yaponiya İnnovasiya Partiyasından olan qanunvericilərlə yanaşı, Mühafizəkarlar Partiyasının nümayəndələri və bir neçə müstəqil namizəd Takaiçiyə səs veriblər”.
Nəşrin məlumatına görə, Katayama Satsuki maliyyə naziri, Motegi Toşimitsu ölkənin xarici işlər naziri, Akazava Ryosei isə iqtisadiyyat naziri vəzifələrini icra edəcək.
8 fevralda Liberal Demokrat Partiyası (LDP) aşağı palataya seçkilərdə qalib gələrək ən yaxşı nəticə əldə edib. Bu, partiyaya Yaponiya Parlamentinin aşağı palatasına nəzarəti ələ almağa imkan verib.
P.ƏMİRCANOV
XQ

