Yaponiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə xarici ölkə ərazisində atəş açdı

post-img

İkinci Dünya müharibəsindən bu yana ilk dəfə olaraq Yaponiya xarici ərazidə hərbi atəş tətbiq edib. Bu, Filippində keçirilən “Balikatan 2026” adlı genişmiqyaslı hərbi təlimlər çərçivəsində baş verib.

Məlumata görə, Yaponiya Özünümüdafiə Quru Qoşunlarının təxminən 1400 nəfərlik kontingenti Filippinə yerləşdirilib. Hərbçilər Şimali İlokos əyalətindən “Type 88” gəmi əleyhinə raketlər buraxaraq istismardan çıxarılmış “BRP Quezon” gəmisini sahildən təxminən 50–75 km məsafədə məhv ediblər. Bu, həmin raket sisteminin Yaponiya tərəfindən ilk dəfə ölkə hüdudlarından kənarda tətbiqi kimi qeydə alınıb.

Təlimlərdə ABŞ və Avstraliya hərbi qüvvələri də iştirak edir. Manevrlər Cənubi Çin dənizində dəniz desantına qarşı müdafiə ssenarisini simulyasiya edir.

Çin isə baş verənləri kəskin tənqid edərək bunu “remilitarizasiya” və “odla oynamaq” kimi qiymətləndirib.

Qeyd edək ki, təlimlər 20 aprel – 8 may tarixlərini əhatə edir və ümumilikdə yeddi ölkədən təxminən 17 min hərbçi iştirak edir.

S.ELAY

XQ

Dünya