Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransa hakimiyyəti məhdudiyyətlərə baxmayaraq, Rusiya neftinin ixracı üçün istifadə edilən gəmilər şəbəkəsinə təzyiqi artırır. Çərşənbə axşamı günü Bretan sahillərində dəniz yoxlamasından sonra saxlanılan Tagor tankeri dəniz qüvvələrinin müşayiəti altında Fransa limanına gətirilib.
Məlumatı “Euronews” verib.
Rusiyanın "kölgə donanması"nın bir hissəsi olduğu düşünülən neft tankeri çərşənbə axşamı Fransa donanmasının himayəsi altında Douarnenes körfəzinə gətirilib.
Yelisey Sarayı, Tagor gəmisinin bazar günü Britaniya Silahlı Qüvvələrinin dəstəyi ilə Bretan sahillərində beynəlxalq sularda tutulduğunu və yoxlanıldığını təsdiqləyib.
Fransa hakimiyyət orqanlarının məlumatına görə, gəmi Rusiyanın Murmansk şəhərindən yola düşüb və saxlanıldığı zaman saxta Kamerun bayrağı altında üzüb.
Yelisey Sarayının məlumatına görə, gəminin rus kapitanı əvvəlcə dayanmaq əmrinə tabe olmaqdan imtina edib, bundan sonra Kremlin “beynəlxalq piratçılıq” aktı adlandırdığı gəmiyə qarşı əməliyyat həyata keçirilib.
Bu, 2024-cü ilin sentyabr ayından bəri Fransa tərəfindən saxlanılan Rusiya kölgə donanması ilə əlaqəli dördüncü tankerdir.
P.ƏMİRCANOV
XQ

