“Politico”: Ursula Fon der Lyayenin üçüncü müddətə namizəd olmayacaq

post-img

Ursula Fon der Lyayenin 2029-cu ildə Avropa Komissiyasının Prezidentliyinə üçüncü müddətə namizəd olmağı planlaşdırılmır.

“Politico” xəbər verir ki, bu barədə Avropa Komissiyası Prezidentinin aparatının rəhbəri Björn Seibert yüksəkvəzifəli məmurların iştirak etdiyi tədbirdə məlumat verib. Nəşrin yazdığına görə, açıqlama Avropa Komissiyasında planlaşdırılan struktur dəyişikliklərinin Ursula Fon der Lyayenin səlahiyyətlərini daha da artıracağı ilə bağlı narahatlıqları azaltmaq məqsədi daşıyıb.

Nəşr qeyd edir ki, Avropa İttifaqının qaydaları Avropa Komissiyası Prezidentinin vəzifədə qalmaq müddətini məhdudlaşdırmır.

XQ

Dünya