Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-11°, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında, hava əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° , gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
Q. QASIMOV
XQ

