Akademiyanın tələbələri istehsalat təcrübəsinə cəlb olunub

post-img

Fevralın 16-da Dövlət Gömrük Komitəsində Gömrük Akademiyasının istehsalat təcrübəsinə cəlb olunan IV kurs tələbələri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlının iştirakı ilə keçirilən görüşdə gömrük işi sahəsində ixtisaslı kadr potensialının formalaşmasında, bilikli mütəxəssislərin yetişdirilməsində Dövlət Gömrük Komitəsinin Akademiyasının mühüm rol oynadığı vurğulanıb.

Bildirilib ki, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların və istehsalat təcrübəsinin qazanılması tələbələrin ixtisaslı kadrlar kimi yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Akademiyanın 43 tələbəsi Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində 15 həftəlik istehsalat təcrübəsinə cəlb olunub.







Elm